Xəbər verdiyimiz kimi, Azərbaycanlı şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş sayca V olan “ShamkirChess 2018” superturniri başa çatıb. Dünya çempionu Maqnus Karlsen (Magnus Carslen) üçüncü dəfə bu turnirin qalibi olub.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Norveçli şahmatçının turnirlə bağlı son düşüncələrini sizlərlə paylaşır:

“Dinq Lirenə qarşı son turda düşündüm ki, duruma baxıb necə oynayacağıma qərar verəcəyəm. Rəqibin oyununa görə çalışdım ki, partiyanı tez bitirməyə çalışım. Ona görə də heç-heçəyə razılaşdım.

Yarışda mübarizə çox da asan alınmadı. Öncə də demişdim ki, burda öz oyunumu çox gözəl saymıram. Bir sıra komponentlər üzərində işləməyim gərəkdir. Demək olar ki, hər şey mənim Veselin Topalovla görüşümdən asılı idi. Yaxşı ki mən onu uddum. Şəmkirdə mənim hər şey çox xoşuma gəlir. Bunu həmişə vurğulayıram. Ev sahiblərinin qonaqpərvərliyinə, mənə diqqətlə yanaşmasına valehəm. Sadəcə olaraq bir çatışmazlıq var. O da bura gəlməyin çətinliyidir”.

Qeyd edək ki, Maqnus Karlsen 6 xalla turnirin qalibi olub. Dinq Liren 5,5 xalla II, Şəhriyar Məmmədyarov, Radoslav Voytaşek, Aniş Qiri, Teymur Rəcəbov 4,5 xalla III yeri bğlüşdürüb. Veselin Topalovla Rauf Məmmədov 4 xal, David Navara isə 2,5 xal toplayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın