ABŞ Prezidenti Donald Tramp (Donald Trump) rəqibi Co Baydenin (Joe Biden) seçkilərdə qələbəsi ilə bağlı medianın proqnozlarını tənqid edərək, səsvermə zamanı Konstitusiyanın pozulduğunu bildirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “RIA Novosti” xəbər yayıb.

“Mütəmadi olaraq saxta xəbərlər verən media nə səbəbə Co Baydenin prezident olacağını düşünür, bizə isə 2020-ci il seçkilərində Ali Qanunumuzun nə qədər pis şəkildə pozulduğunu göstərməyimizə imkan vermir? Konstitusiyamız əvvəllər görünmədiyi qədər pozulub”, – deyə Tramp özünün “Twitter” hesabından yazıb.

Onun sözlərinə görə, bir çox müşahidəçi səs sayma yerlərindən qovulub, demokratlar isə milyonlarla bülleteni dəyişdirib.

“Konstitusiyamızın qorunmasında məsul olanlar səsvermə zamanı saxta nəticələrin qüvvədə olmasına imkan verə bilməzlər. Dünya bunu müşahidə edir”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, Tramp bundan öncə prezident seçkilərinin Konstitusiyaya zidd xüsusiyyətlərinin nümayiş olunacağı “böyük məhkəmə prosesləri” ilə bağlı xəbərdarlıq etmişdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın