ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək seçkilərdə yenidən seçiləcəyi təqdirdə, ölkənin xaricdəki “tamamilə ağılsız” müharibələrə qatılmayacağına və zor gücü ilə sülhə zəmanət verəcəyinə söz verib.

TASS agentliyi xəbər verir ki, bununla bağlı Tramp Şimali Karolina ştatında keçirilən təbliğat kampaniyası zamanı deyib:

“Şəhərlərimizi təhdid edən terrorçulara zərbə vuracağıq və ABŞ-ın xaricdə qəribə, tamamilə ağılsız müharibələrdə iştirak etməsinə yol verməyəcəyik”.

Dövlət başçısı bildirib ki, Amerika Birləşmiş Ştatlarının dünyada ən güclü hərbi silahları var:

“Əgər bu silahlar olmasa, çox ciddi problemlərimiz olar”.

Öncəki xəbərAR Prezidenti İlham Əliyev Yaponiyanın Nikkei qəzetinə müsahibə verib
Sonrakı xəbərAli Baş Komandan: Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın