Moskva Ermənistan-Azərbaycan dövlət sərhədində tərəfləri təmkinli olmağa çağırır və üçtərəfli sazişin əməl olunmasının tərəfdarı kimi çıxış edir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu günkü açıqlamasında deyib.

“Doğurdan da, Ermənistan-Azərbaycan sərhədində döyüş əməliyyatlarının bərpa olunması ciddi narahatlığa gətirib çıxardı, ancaq Rusiya tərəfinin vasitəçilik səyləri sayəsində münaqişə tərəflərini sakitliyə çağırmaq mümkün oldu. Rusiya tərəfi bundan sonra belə edəcək. Biz hesab edirik ki, durumun sabitləşməsi üçün yeganə yol üçtərəfli razılaşmaların yerinə yetirilməsidir”, – deyə D.Peskov bildirib.

Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya prezidenti Vladimir Putinin təmasları üçün tərəflərin razılığı və hazırlığı lazımdır.

“Şübhəsiz ki, müəyyən mərhələdə bu cür təmaslara zərurət yaranacaq. Ancaq bunun üçün üç tərəfin razılığı və hazır olmaları lazım olacaq”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın