“Saxta COVID-19 pasportu alanlar istintaqdan yayına bilməyəcək, sadəcə geci, tezi var”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Report informasiya agentliyinə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

“Diqqətə çatdırırıq ki, saxta COVID-19 pasportunun alınması Azərbaycan qanunvericiliyinə uyğun olaraq cinayət tərkibi yaradır. Bəzi insanlar saxta COVID-19 pasportu alaraq vaksin olunmur, özü yoluxaraq başqalarının da yoluxmasına səbəb olur.

Qeyd edim ki, bu əməlləri törədən şəxslərin hər biri barəsində Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq qətimkan tədbirləri seçilir. Saxta COVID-19 pasportu istifadə edən şəxs digərlərini koronavirusa yoluxdurarsa və ölümünə səbəb olarsa, Cinayət Məcəlləsinin digər, yəni 139-1-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilər. Bütün bu halların baş verməməsi üçün insanlar saxta koronavirus pasportu almaqdan çəkinməli, qoyulan bütün qaydalara əməl etməli, özünün və başqalarının sağlamlığını qorumalıdır”, – DİN rəsmisi vurğulayıb.

DİN: “Saxta COVID-19 pasportu alanlar istintaqdan yayına bilməyəcək”
MƏNBƏReport
Öncəki xəbərLiverpul Mançester Yunaytedi darmadağın etdi: Yurgen Klopp tarixə düşdü
Sonrakı xəbərAzərbaycanda devalvasiya ehtimalı ilə bağlı açıqlama
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın