Co Bayden “erməni soyqırımı” ifadəsini sayıqlayan ilk ABŞ prezidenti kimi tarixə düşdü

ABŞ prezidenti Co Bayden (Joe Biden) qondarma “erməni soyqırımı”nın növbəti “ildönümü” ilə bağlı ənənəvi açıqlamasında “soyqırımı” ifadəsindən istifadə edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla Bayden “erməni soyqırımı” ifadəsini işlədən ilk ABŞ prezidenti kimi tarixə düşmüşdür.

ABŞ səfiri Türkiyə XİN-ə çağırıldı

ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı qalmaqallı açıqlamasından sonra bu ölkənin Ankaradakı səfiri David Satterfild XİN-ə çağırılıb.

Türkiyə XİN başçısının müavini Sedat Ünal tərəfindən qəbul edilən ABŞ səfirinə Ankaranın məsələyə reaksiyası çatdırılıb.

“Tarixi və hüquqi hər hansı bir əsası olmayan bu açıqlamanın qəbuledilməz olduğu, bütünlükdə rədd edildiyi və şiddətlə qınandığı ifadə edilib. Açıqlamanın beynəlxalq hüquq baxımından etibarsız olduğu, həmçinin türk xalqını dərindən incitdiyi və münasibətlərə bərpası çətin bir zərbə vurduğu vurğulanıb”, – deyə Türkiyə XİN-dən bildirilib.

Azərbaycan Respublikası XİN: “Tarixin saxtalaşdırılmasına çalışmaq və siyasi basqı üçün istifadə edilməsi qəbuledilməzdir”

ABŞ Prezidenti Co Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatında 1915-ci il olayları ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur.

Bununla bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qondarma “erməni soyqırımı” mövzusunu siyasiləşdirərək gündəmə gətirənlər, həmin dövrdə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi öldürülməsi halları, habelə erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın başqa bölgələrində törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq sərgiləyir:

“100 il bundan öncə baş verən olaylar yanlış şəkildə təqdim edilərkən, 30 il bundan öncə Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən Soyqırımına hələ də ədalətli dəyərin verilməməsi qərəzlilik və ikili standart nümunəsidir.

1915-ci il olayları siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Ancaq bilindiyi kimi, baş verən olayları ört-basdır etmək istəyən, özünü məzlum ölkə kimi qələmə verməyə çalışan Ermənistan, həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması ilə bağlı Türkiyənin təklifini qəbul etməmişdir.

Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri və onun siyasi basqı üçün istifadə edilməsi qəbuledilməzdir”.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir