ABŞ-nin respublikaçı nümayəndəsi Mayk Vals Co Bayden administrasiyasını HƏMAS ilə müharibə başa çatdıqdan sonra Qəzza zolağında radikalizmin kökünü kəsməkdə İsrailə kömək etmək üçün İranla bağlı kursu dəyişməyə çağırıb.

YALAN.info bildirir ki, Mayk Valsın sözlərinə görə, İranın kifayət qədər pulu olduğu müddətdə terror və radikalizm Fələstin anklavına qayıdacaq.

“Bayden administrasiyasının İsrailə kömək üçün edə biləcəyi ən böyük şey İrana qarşı 180 dərəcə dönüş etmək, maksimum təzyiqə qayıtmaq və bütün regionda terrorizmi qızışdıran xəzinəsini boşaltmaqdır”, – deyə o bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın