Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Entoni Blinkenlə telefonla və üz-üzə görüşləri barədə açıqlamalar verib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, NTV-yə müsahibəsində Çavuşoğlu deyib ki, S-400, FETÖ, ABŞ-ın terror qurumlarına verdiyi dəstəkdən danışılıb.

“Yol xəritəsi ilə irəliləməyə razıyıq. Türkiyənin fikirlərini ifadə edən sənədi ABŞ-a təqdim etdik. Birləşmiş Ştatlar indi bu sənəd üzərində işləyir”.

Türkiyəli nazir qeyd edib ki, ikitərəfli münasibətlərdə dialoqları davam etdirmək üçün Əfqanıstan, Suriya və regional mövzularda nə edə biləcəkləri ilə bağlı müzakirələr aparıblar:

“İki ölkənin birlikdə iş planının olması ümidverici məqamdır. Digər problemləri çözmək üçün yol xəritəsində birlikdə nələr edə biləcəyimiz barədə danışıqlar aparmalı və sonra onları həyata keçirməliyik”.

Çavuşoğlu vurğulayıb ki, ABŞ terror qurumlarına dəstək verməyə davam edərsə, bu münasibətlərimizə mənfi təsir göstərəcək.

ABŞ qüvvələrinin Əfqanıstandan çəkilmə prosesi ilə bağlı olaraq, bildirib ki, Türkiyə Əfqanıstanda davamlı sülhü və sabitliyi dəstəkləyir.

Öncəki xəbərPaşinyan Qasparyanı yalan danışmaqda günahlandırdı, “Əxlaqsız yalançı” cavabını aldı
Sonrakı xəbərVito Petroçelli: Əgər Ermənistan Ağdamı öz ərazisi sayırdısa, nəyə görə darmadağın edib?
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın