“Ərdoğanın Dolmabaxça razılaşmasından xəbəri var idi” sözləri ilə təpki çəkən Bülənt Arınç “Tvitter”də növbəti açıqlamasını yayıb.

Cebhe.info xəbər verir ki, AKP-nin qurucularından olan Bülənt Arınç prezident Ərdoğana qarşı ilk “tviti” 17: 25-də yazması 17-25 dekabr əməliyyatlarına bir göndərmə olaraq şərh olunur. Arınç yazılı şərhinə “22-vi dönəm Məclis başqanı” deyə imza atıb.

Arınç açıqlamasında “Sizin yükünüzü paylaşmağa, hər cür çətinlikdə kömək etməyə və gizli, açıq təhlükələrdə qorumağa çalışdım. Siz də xaiş edirəm bu sevgi və dosluq adına ən azından keçmiş günlərin xatirinə nəfsinizə uyaraq səmimiyyətsiz insanların təhriki ilə hərəkət etməyin. Bu sözlər qətiyyən şəxsimə aid deyil, millətimin adından bir xahişdir”,- deyə Arınc yazıb.

“Bir neçə cümlə ilə cavab vermək istəyirəm…”

Bülənt Arınç tvitter hesabında 3 səhifəlik açıqlama yayıb. “Cənab prezidentin bu gün verdiyi açıqlamanı oxudum.  Onunla mübahisəyə girmək, təkzib etmək və bu mövzunu davam etdirmək şəxsinə qarşı böyük bir hörmətsizlik olar ki, mənim də belə bir niyyətim yoxdur. Ancaq istər şəxsi, istərsə də siyasi həyatında tək sərmayəsi dürüstlüyü və etibarlılığı olan şəxsimi “dürüst olmamaqla” ittiham etdiyi üçün bir neçə cümlə ilə cavab vermək istəyirəm.

1. “CNN Türk”dəki  müsahibədə Dolmabaxça görüşməsinə razılaşma demədim.

2. 28 fevral 2015-ci il tarixində hörmətli Ərdoğan prezident idi, eyni hökumətdə birlikdə işləmirdik və televiziyadakı açıqlamamda da bu mövzunu özüylə təkbətək müzakirə etmədiyimi ifadə etmişdim. O, 2015-ci ilin martında bu mövzuyla əlaqədar hökumətimizin günahlandırmış, mən də bu açıqlamamda olan sözlərimi o tarixlərdə də ifadə etmişdim.

3. Dolmabaxça görüşündə iştirak edən 3 hörmətli yoldaşımız cənab prezidentin xəbərdarlıq və etirazlarına baxmayaraq, belə bir foto çəkdirmişlərsə, bu böyük günahı işləmiş olanlar niyə hökumətimizin naziri olaraq təltif edilsinlər? Mənim tanıya bildiyim qədəriylə hörmətli prezident təməl dəyərlərimiz mövzusunda və əhəmiyyətli siyasi mövzularda səhv edənləri ki, (mən də bir çoxuna şəxsən şahidəm) bunu bağışlamaz, siyasi həyatlarını sonlandırırdı.

“Səmimiyyətsiz insanların təhriki ilə hərəkət etməyin”

Bu mövzuda son sözüm budur: “Hörmətli prezidentin hörmətli Yalçın Akdoğanı nə qədər çox sevdiyini və güvəndiyini bildiyim üçün Dolmabaxça görüşməsi və detallarına dair bütün bildiklərimi tarix hüzurunda hörmətli Yalçın Akdoğannın namusuna əmanət edirəm. Hörmətli prezidentim, zatı alinizlə 30 ildən çox  mübarizə yoldaşlığımız və dostluğumuz var. Sevgiylə, dözüm və səbirlə, əziyyət çəkib, bədəllər ödəyərək bu günlərə gəldik. Siz mənim rəhmətlik anamın 5-ci oğluydunuz. Övladlarım rəhmətlik Mehmet Fatih, Ayşenur və Mücahidin Tayyib əmisi idiniz.  Bütün qardaşlarım sizi məndən daha çox sevirdilər. Mən sizlərlə birlikdə olduğum müddət içində nəfsimə çox ağır gələn şeylərə davam etdim. Partiyam adına,  şəxsinizə  böyük bir hüsnü-zənn və liderə etimad düsturu ilə səbr etdim. Sizin yükünüzü paylaşmağa, hər cür çətinlikdə köməkçi olmağa və gizli -açıq təhlükələrdən də qorumağa çalışdım. Siz də xahiş edirəm bu sevgi və dosluq adına ən azından keçmiş günlərin xatirinə nəfsinizə uyaraq səmimiyyətsiz insanların təhriki ilə hərəkət etməyin. Bu sözlər kəsinliklər şəxsimə aid deyil, millətim adına bir xahişdir”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın