Böyük Britaniyanın Avropa Birliyindən (AB) ayrılması ölkə vətəndaşlarının dövlətin ərazisini tərk etməsi ilə nəticələnib.

“Guardian” dərgisi məlumat verir ki, “Brexit”dən (Britaniyanın AB-dən çıxması) sonra ölkəni tərk edən vətəndaşların 30 faizi Avropa dövlətlərinə yerləşiblər.

Bildirilir ki, 2008-2015-ci illərdə 56 832 britaniyalı Avropaya köçdüyü halda, 2016-2018-ci illərdə bu rəqəm 73 642-yə çatıb.

Britaniyalıların ən çox Almaniya vətəndaşlığına keçmək istədikləri məlum olub.

2016-cı ildə “Brexit” səsverməsindən sonra 31 600 britaniyalının Almaniya vətəndaşlığını qəbul etdiyi vurğulanır.

Xatırladaq ki, 2016-cı ildə Böyük Britaniya vətəndaşları keçirilmiş referendumda 52 faiz səs çoxluğu ilə AB-dən ayrılma qərarı qəbul ediblər.

Öncəki xəbərAzərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimlərinin növbəti mərhələsi yerinə yetirilib
Sonrakı xəbərİran Prezidenti: ABŞ-ın Tankerlərimizi Ələ Keçirməsi Yalandır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın