“Rusiyanın hücum əməliyyatları hələ də əhatə çevrəsi və ölçüsü baxımından məhdud olaraq qalır və döyüşlər Lisiçanskdan qərbdə Seversk və Baxmut istiqamətində gedir”.

YALAN.info bildirir ki, bununla bağlı Böyük Britaniyanın Müdafiə Nazirliyi Twitter səhifəsində məlumat yayıb.

Qeyd edilib ki, Rusiya bundan qabaq da uğur qazanması ilə bağlı vaxtından əvvəl və yalan bəyanatlar verib: “Yəqin ki, bu, qismən də olsa daxili auditoriyaya uğur əldə olunduğunu nümayiş etdirmək və ruh yüksəkliyini gücləndirmək məqsədi daşıyır”.

Bundan başqa, Britaniya kəşfiyyatının məlumatına görə, Lisiçanskın Rusiyanın nəzarətinə keçməsindən və Ukraynanın müdafiə xəttinin qısalmasından sonra Ukrayna Silahlı Qüvvələri Rusiyanın hücumlarını uğurla dəf edib: “Bu, Rusiyanın səngimiş hücumlarına qarşı qüvvələri və atəşi cəmləşdirməyə imkan verib, Rusiyanın impulsunun azaldılmasında önəmli rol oynayıb”.

Onu da bildirək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada cəbhənin bütün istiqamətlərində hücuma keçmək üçün əmr verib. Bununla bağlı Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Sergey Şoyqu Rusiyanın Ukraynadakı “Cənub” və “Mərkəz” qoşunları qruplaşmasını təftiş edib. Məlumata görə, nazir bütün əməliyyat zonalarında qrupların hərəkətlərinin daha da artırılması üçün gərəkli göstərişlər verib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın