Beyons Grammy mükafatlarında ən çox nominasiya qazanmaqla rekord qırdı

Amerikalı müğənni Beyons (Beyonce) “Grammy” mükafatları tarixində qadınlar arasında ən çox nominasiya qazanaraq rekord qırıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bununla bağlı Grammy musiqi mükafatlarının saytına istinadən xəbər yayıb.

Belə ki, 63-cü mükafatlandırmalar zamanı müğənninin “Brown Skin Girl” mahnısına çəkilən klipi “Ən yaxşı musiqili video” nominasiyasında, eləcə də “Black Parade” mahnısı “R&B janrında ən yaxşı mahnı” kateqoriyasında qalib olub.

Beyoncé, Blue Ivy, SAINt JHN, WizKid – BROWN SKIN GIRL (Official Video)
Grammy 2021: Ən yaxşı musiqili video
Beyoncé – Black Parade (Music Video)
Grammy 2021: R&B janrında ən yaxşı mahnı

Onun rep müğənnisi Meqan Thee Stallionla birlikdə oxuduğu “Savage” “Ən yaxşı rep mahnı” mükafatına layiq görülüb.

Megan Thee Stallion & Beyonce – Savage (Official Music Video)
Grammy 2021: Ən yaxşı rep mahnı

İndi Beyonsun 28 “Grammy” mükafatı var və bununla da o Elison Kraussun rekordunu qırıb.

2010-cu ildə 52-ci “Grammy” mükafatlarında Beyons bir il ərzində 10 nominasiya üzrə qalib olub.

Los-Ancelesdə musiqi dünyasının ən prestijli mükafatlarından sayılan “Grammy”nin 63-cü təqdimetmə mərasimi keçirilib. Tədbir pandemiya səbəbindən tamaşaçılarsız baş tutub. “Qızıl qramofon” sahiblərinin tam siyahı belə olub:

“İlin albomu”: Taylor Svift – “Folklore”

“İlin mahnısı”: H.E.R. – “I Canʼt Breathe”

“İlin bəstəsi”: Billi Eyliş – “Everything I Wanted”

“Ən yaxşı yeni artist”: “Megan Thee Stallion” (Meqan Covon Rut Pit)

“Ən yaxşı musiqili video”: Beyons, Blyu Ayvi və “WizKid” – “Brown Skin Girl”

“Ən yaxşı rep -ifası”: “Megan Thee Stallion” və Beyons dueti – “Savage”

“Ən yaxşı rep musiqisi”: “Megan Thee Stallion” və Beyons dueti – “Savage”

“Ən yaxşı rep albom”: Nas – “King’s Disease”

“Ən yaxşı solo pop ifa”: Harri Stayls – “Watermelon Sugar”

“Ən yaxşı duet/qrup pop ifa”: Ledi Qaqa və Ariana Grande – “Rain On Me”

“Ən yaxşı vokal pop albom”: Dua Lipa – “Future Nostalgia”

“Ən yaxşı rok-ifa”: Fiona Eppl – “Shameika”

“Ən yaxşı rok musiqi”: Britni Hovard – “Stay High”

“Ən yaxşı rok-albom”: The Strokes – “The New Abnormal”

“Ən yaxşı alternativ albom”: Fiona Eppl – “Fetch The Bolt Cutters”

“Ən yaxşı rəqs mahnısı”: “Kaytranada” və Kali Uçis dueti – “10%”

“Ən yaxşı rəqs/elektron albom”: “Kaytranada” – “Bubba”

“Ən yaxşı R&B ifa”: Beyons – “Black Parade”

“Ən yaxşı ənənəvi R&B ifa” – Ledisi – “Anything For You”

“Ən yaxşı R&B mahnı” – Robert Qlasper, Mi’Şel NdeqeOsello və Qabriella Uilson – “Better Than I Imagined”

“Ən yaxşı qabaqcıl R&B-albom” – “Thundercat” – “It Is What It Is”

“Ən yaxşı R&B-albom” – Con Lecend – “Bigger Love”

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir