Volodimir Zelenski Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında bəyan edib ki, bu qurum dünyada sülhü effektiv şəkildə təmin edə bilir.

YALAN.info bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasının toplantısında video-formatda çıxış edərkən deyib.

Ukraynada vətəndaşların kütləvi şəkildə öldürülməsində və şəhərlərin dağıdılmasında Rusiyanın əli olduğunu sübut edən çoxsaylı faktlara istinad edən V. Zelenski “BMT yaradılarkən dünyada sülhün təmin ediləcəyinə dair verilən zəmanət haradadır?” sualını verib. “Aydındır ki, təcavüzkarı sülhə məcbur edilməsini təmin etməli olan əsas institutut sadəcə olaraq effektiv işləyə bilmir” – V.Zelenski deyib.

Rusiya ordusunun Ukraynanın Buça və İrpen şəhərlərində törətdikləri hadisələrdən danışan V.Zelenski deyib: “İndi 2022-ci dir. Danılmaz sübutlar var. Peyk şəkilləri var. Tam şəffaf araşdırma aparmaq mümkündür. Bizi maraqlandıran budur. Jurnalistlərin informasiya çıxışını maksimuma çatdırmaq və beynəlxalq qurumlarla maksimum əməkdaşlıq etməyə hazırıq.

Biz sözügedən cinayətlərin törədənlərin Beynəlxalq Cinayət Məhkəməsinin cəlb edilməsini istəyirik. Bizə tam həqiqət lazımdır. Biz məsuliyyət tələb edirik. BMT-də təmsil olunan hər bir dövlət də bunda maraqlı olmalıdır”.

“Biz BMT Təhlükəsizlik Şurasında veto hüququnu ölüm hüququna çevirən bir ölkə ilə qarşı-qarşıyayıq. Bu, qlobal təhlükəsizliyin bütün arxitekturasını pozur, pisliyin cəzasız qalmasına və bütün dünyaya yayılmasına imkan verir”, – Zelenski qeyd edib.

Ukrayna Prezidenti Vladimir Zelenski BMT-dəki çıxışında Rusiyanı dayandırmağa çağırıb. Onun sözlərinə görə, belə davam edərsə, hər bir ölkə öz təhlükəsizliyini təmin etmək üçün beynəlxalq hüquqa deyil, yalnız silah gücünə arxalanacaq. Prezident bəyan edib ki, Buçadakı qırğınlar müharibə zamanı törədilən vəhşiliklərin yalnız bir nümunəsidir.

Володимир Зеленський звернувся до високопосадовців і членів Радбезу ООН.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın