Dövlət Yol Polisi Bakının Bilgəh-Nardaran-Pirşağı yolunda təyyarə sürəti ilə gedən avtomobil sürücüsünü cərimələyib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Oxu.az saytının məlumatına görə, Bilgəh-Nardaran-Pirşağı yolunda avtomobil sürət həddini aşdığı üçün sürücüyə maraqlı elektron protokol gəlib.

Belə ki, protokola baxanda görünür ki, göstərilmiş yolda Kürdəxanı istiqamətində hərəkətin maksimal sürəti 110 km/s olduğu halda, avtomobil 623 km/s sürətlə idarə edilib.

Bakıda təyyarə sürəti ilə hərəkət edən avtomobil
Bakıda təyyarə sürəti ilə hərəkət edən avtomobil

Olayla bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin başçısı Vaqif Əsədov bildirib ki, Azərbaycanda 623 km/s sürətlə hərəkət edən avtomobil olmadığından bu texniki səhvdir:

“Həmin elektron protokolda texniki səhv baş verib. Sürücü məsələnin həlli ilə bağlı DYP idarəsinə müraciət etməlidir”.

Vurğulayaq ki, 623 km/s haradasa təyyarənin uçuş sürətinə bərabərdir.

Öncəki xəbərZiya Bünyadov-Heydər Əliyev Prospektlərini Biləşdirən Avtomobil Tuneli Tikilir
Sonrakı xəbərAğdamda Yenidən Qarabağ Xalçaları Toxunur
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

1 AÇIQLAMA

  1. Технический центр по ремонту Volkswagen, Audi, Skoda, Seat. Мы проводим техническое обслуживание, слесарный ремонт, обычную и компьютерную диагностику, адаптацию, калибровку и ремонтные работы DSG всех поколений.

    Адрес: Башир Буньядов 17/12, Бакиханов, Баку, Азербайджан
    Тел.: +994(55) 311-83-09
    Вебсайт: https://www.vagservice.az/
    Емайл: info@vagservice.az
    Инстаграмм: vag.service.baku
    WhatsApp: +994 55 311 83 09
    ————————————————————————
    #Volkswagen #Audi #Skoda #Seat #VolkswagenService #AudiService #SkodaService #SeatService #VolkswagenBaku #AudiBaku #SkodaBaku #SeatBaku #AutoBaku #AutoAzerbaycan #AvtoBaku #AvtoAzerbaycan #MaşınTəmiri #AvtomobilTəmiri #AvtoServis #Автосервис

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın