Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun daha 2 oyunu keçirilib. Günün ilk qarşılaşması Gəncədə “Kəpəz”lə “İnter” arasında baş tutub.

Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. Hesabı 32-ci dəqiqədə meydan sahibləri açıb. Baş hakim Əliyar Ağayevin təyin etdiyi şübhəli penaltidən Tural Axundov yararlanmağı bacarıb. Qonaqların cavabı 56-cı dəqiqədə gəlib. Yuri Fomenko keçmiş komandası “Kəpəz”in baş məşqçisi Şahin Diniyevin oğlu Kərim Diniyevin kobud səhvindən sonra bərabərlik qolunu vurub.

Müstəqillik tarixinin bütün çempionatlarında iştirak etmiş iki klub Topaz Premyer Liqasının XXX turunun ikinci oyun gününün sonunda qarşı-qarşıya gəldilər. “Neftçi” “Baksell Arena”da son çempion və hazırkı lider “Qarabağ”ı qəbul edirdi.

Ardıcıl qələbələri sıralayan Qurban Qurbanovun komandası növbəti çempionluğun bir addımlığındadı. Son iki ilin çempionu olan ağdamlıların bu oyunda qazanacağı 1 xal, mükafatçılar sırasında yerini təmin edəcəkdi. Çünki “İnter” səfərdə xal itirməsi, “Qarabağ” ilk iki pillədən birini rəsmiləşdirməsi ilə nəticələnəcəkdi. “Neftçi” isə avrokuboklara vəsiqə verə biləcək 6-cı yer uğrunda mübarizədə AZAL-ı qabaqlamaq üçün lideri büdrətməli idi.

“Neftçi” bu mövsüm lideri “Bakcell Arena”dan əliboş yola sala bilmişdi. Paytaxt təmsilçisi Əsgər Abdullayevin rəhbərliyi altında rəqibinə minimal hesabla qalib gəlmişdi. Ancaq bu dəfə Vəli Qasımovun yetirmələri bunun öhdəsindən gələ bilmədi.

Qarşılaşmaya tərəflar qarşılıqlı hücumlarla başlasalar da, birinci hissədə tərəflər fərqlənə bilmədi.

İkinci hissəyə Ağdam klubunun futbolçuları fəal başlayıblar. Bu epizodda Dani Kintana qol vurmaq üçün yaxşı imkan əldə etsə də, görüşün yan hakimi oyundan kənar vəziyyəti işarə edən bayrağı qaldırıb. Lakin çox keçməmiş qonaqlar öz istəylərinə çatıblar. Oyunun 56-cı dəqiqəsində Dani Kintanın endirdiyi zərbə müdafiyəçilərə də toxunaraq qapıdan keçib. Hücumlarını davam etdirən “Qarabağ” 73-ci dəqiqədə braziliyalı futbolçu Reynaldo ilə ikinci qolu vurmağa da müvəffəq olub. “Neftçi”nin cavabı özünün çox gözlətməyib. Bu qoldan cəmi 2 dəqiqə sonra meydan sahiblərinin heyətində Ailton dəqiq baş zərbəsi ilə fərqi minimuma endirib. Oyunun son dəqiqələrində paytaxt klubu hesabı bərabərləşdirmək üçün ard-ard hücumlar təşkil etsə buna nail ola bilməyib və qarşılaşma 2:1 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatıb.

Beləliklə, xallarını 69-a çatdıran “Qarabağ” ən yaxın izləyicisi “Zirə“ni 13 xal geridə qoyaraq, liderliyini davam etdirir. 49 xala malik “İnter” 3-cü, 46 xalı olan “Kəpəz” 4-cüdür. “Neftçi” isə 38 xalla 7-ci pillədə qalıb.

Azərbaycan Premyer Liqası, XXX tur

13:30. “Kəpəz” – “İnter” – 1:1
Qollar: Tural Axundov, 31-penalti ilə – Yuri Fomenko, 56
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə. Gəncə şəhər stadionu


Topaz Premyer Liqası, 30-cu tur, “Kəpəz” 1-1 “İnter” – Geniş icmal

16:00. “Neftçi” – “Qarabağ” – 1:2
Qollar: Aylton, 75 – Dani Kintana, 56. Reynaldo, 73
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Rövşən Əhmədov
Bakı. “Bakcell Arena”


Topaz Premyer Liqası, 30-cu tur, “Neftçi” 1-2 “Qarabağ” – Geniş icmal

Qeyd edək ki, XXX turun açılış oyununda “Qəbələ” Bakının “Rəvan” klubunu 2:0 hesabı ilə məğlub edib. Tura aprelin 30-da keçiriləcək “Zirə” – “Xəzər Lənkəran” və AZAL – “Sumqayıt” qarşılaşmaları ilə yekun vurulacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın