Hazırda Azərbaycanın quru qoşunlarının əsas vuran qolu modernləşdirilmiş T-72 və bir müddət öncə Rusiyadan alınmış, bir sıra özəlliklərinə görə xaricə satılan “doxsanların” ən yaxşı versiyası olan T-90CA tanklarıdır.

Azərbaycan Ordusunun Müasir Tankları: Uçan T-90CA və T-72 Aslan

Bu barədə Vestnik-rm.ru portalının ordumuz haqqında hazırladığı yazıda bildirilir. Həmin yazını təqdim edirik:

“İsrailli mütəxəssislərin köməyi ilə təkmilləşdirilmiş T-72A, T-72M1 tankları “Aslan” kod adını alıblar. Tankın apqreydinin (təkmilləşdirmə – red.) bu variantı gürcü T-72 SİM1-ə çox yaxındır.

“Aslan”ın standart T-72A və T-72M1-dən əsas fərqi nişangah komplekslərinin xeyli təkmilləşdirilməsidir. Belə ki, quraşdırılmış teplovizorların sayəsində tuşlayıcı və tank komandiri gecə şəraitində effektiv döyüş hərəkətlərini həyata keçirmək imkanı əldə ediblər.

Rəqəmsal ballistik hesablayıcı hədəfədək olan məsafə, döyüş sursatının tipi və digər xüsusiyyətlərindən başqa həm də külək sensorunun məlumatlarını da hesablamağa başlayıb ki, nəticədə hərəkətdə olan zaman açılan atəşin dəqiqliyi artıb.

Tankların sürücü-mexanikləri gecə və pis işıqlı şəraitdə idarəetmə üçün teploviziya cihazları ilə təchiz olunublar.

Keçmiş sovet radiostansiyalarının əvəzinə isə NATO standartları rabitə vasitələri quraşdırılıb. “Özünkü-özgəninki” sensoru, GPS naviqasiya sistemi quraşdırılıb.

Lakin böyük sayda yeniliklərə baxmayaraq, hərbi ekspertlərin rəyinə görə, müasirləşdirilmiş “Aslan” bir sıra xüsusiyyətlərinə görə müasir tələblərə cavab vermirdi.
Məsələn, kifayət qədər olmayan müdafiə səviyyəsi – tankda birinci nəsil dinamik müdafiə sistemi quraşdırılıb ki, bu da müasir tandem kumulyativ döyüş sursatlarına qarşı effektsiz və kalibraltı mərmilərə qarşı tamamilə gücsüzdür.

Güc qurğusu qismində köhnə, 780 at gücündə olan mühərrik saxlanılıb ki, bu da münasib hərəkətlilik xüsusiyyətlərini təqdim etmir.

Nəticədə “Aslan”la bağlı məyus olan Azərbaycan Silahlı Qüvvələri Rusiyadan müasir T-90CA tanklarının böyük partiyasını almaq qərarına gəldilər və ilk tədarük 2013-cü ilin iyununda başladı. Ümumilikdə 100-dək belə maşın alınıb.

Bu tanklar teplovizorla təchiz edilmiş müasir atəşin idarə edilməsi sistemlərinə malikdirlər. Düşmən tankının 5 km-dək məsafədə məhv edilməsi üçün lülədən buraxılan idarəolunan raketlərin tətbiqi mümkündür. Bəzi məlumatlara görə, tanklarda hədəfin müşayiəti avotmatları quraşdırılıb ki, bu hətta Rusiyanın T-90A tanklarında yoxdur.

Azərbaycan mahiyyət etibarilə öz ordusu üçün yüksək dəqiqlikli mərmilərin optik-elektron yayındırılması komplekslərini kütləvi şəkildə almış ilk xarici dövlət oldu, və ən əsası, bu sistemlər Rusiya ordusunda olanlardan daha təkmil versiyadadırlar.

Kondisionerlərin olması isti iqlim şəraitində T-90CA ekipajlarının işini xeyli asanlaşdırır. Bu, ekipajın yaşam şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Təəssüf ki, Rusiya ordusunun tankları hələlik kondisionerlərlə təchiz olunmur.

Hərbi ekspertlərin rəyinə görə, Azərbaycanın müasriləşdirilmiş T-72 və T-90CA tankları nəinki erməni ordusunda, hətta Rusiyanın bu regionda yerləşən bazasının silahlanmasında olan tanklardan xeyli üstündür”.

Felqenqauer: Azərbaycan ilk raundda qalib gəldi

“Pilotsuz uçan aparatlara görə Azərbaycan hətta Rusiyanı da üstələyir”.

Rusiyanın nüfuzlu hərbi ekspertlərindən biri Pavel Felqenqauer “Novaya Qazeta”dakı məqaləsində Qarabağda baş tutmuş “dörd günlük müharibə”dən yazıb. Müəllifin fikrincə, yekunlar ermənilər üçün təsəlliverici deyil. Bildirilir ki, Azərbaycan ordusu öz gücünü göstərdi və Ermənistanla qondarma “DQR”in işğalçı ordusunu darmadağın etdi. Felgenhauerin fikirlərini ixtisarla diqqətinizə çatdırırıq.

Aprelin 2-də Azərbaycan ordusu qətiyyətlə hücuma keçərək, bir sıra erməni mövqelərini ələ keçirdilər. Ermənilər cavab olaraq əks-hücuma keçmək istədilər, amma alınmadı. Məlum oldu ki, atəşkəs illəri ərzində neft gəlirləri hesabına Azərbaycan özünün Silahlı Qüvvələrini silahlandırıb və keyfiyyət baxımından ciddi üstünlük əldə edib.

Kağız üzərində erməni ordusu (Ermənistan + “DQR”) ilə Azərbaycan ordusunun fərqi nəzərə çarpmır. Hər iki tərəfdə 60 min nəfərdən artıq şəxsi heyət, bir neçə yüz ədəd tank və digər zirehli maşınlar, artilleriya qurğuları var. Lakin iş burasındadır ki, Bakı yeni T-90S tankları əldə edib, ermənilər isə hələ də köhnə T-72 və T-55-lərlə vuruşurlar. Düzdür, Azərbaycan ordusunda da xeyli sayda T-72 var, amma bunlar israillilər tərəfindən modernləşdirilib.

Bundan əlavə, İsrail Azərbaycanı idarə olunan zenit və tank əleyhinə qurğularla, universal РСЗО Lynx və GPS-lə idarə olunan, 150 km-ə qədər məsafəni vuran yüksək dəqiqlikli 300 mm-lik raketlərlə təchiz edib. Sonuncular universallığı, dəqiqliyi və məsafə xarakteristikasına görə istənilən sovet və Rusiya istehsalı olan raket qurğularından, “Smerç”dən üstündür. İsrail hərb sənayesi Azərbaycana “Heron” və “Searcher” zərbə pilotsuz uçuş aparatları verib ki, bunlar erməni müdafiəsinin istənilən uzaqlıqda dərinliyində xüsusilə vacib mövqelərin vurulmasında istifadə edilə bilər. Pilotsuz uçuş aparatları baxımından bu gün Azərbaycan Silahlı Qüvvələri nəinki erməniləri, hətta Rusiya ordusunu belə bir baş üstələyir.

Əlbəttə ki, ermənilərin istifadə olunmamış ehtiyat mənbələri də var. Bunlar 300 km-ə qədər məsafədən zərbə endirə bilən P-17 (başqa adı ilə Scud-B) operativ ballistik raketləridir. Bu silahla Ağdərə rayonunun ərazisindən, əgər rəqib duyuq düşməsə və pilotsuz aparatlarla məhv etməsə, Bakını da vurmaq mümkündür. Amma Azərbaycanın da müvafiq cavab üçün silahları kifayət qədərdir. Və bu əlavələr qüvvələr nisbətini dəyişmək iqtidarında deyil.

Ermənistan atəşkəsə razılaşmağa məcbur oldu. Ermənilərin silahlanmada olan açıq-aşkar fərqi aradan qaldırmaq üçün yeganə çarəsi – Moskvadan yeni silahların göndərilməsini xahiş etməkdir. Bunun qiyməti isə daha sözəbaxan olmaqdır.

Bakı ilk raundda qalib gəldi və bundan sonra erməni ordusunun ərazilərdən çıxarılmasını tələb etməkdə davam edəcək, Rusiya isə çətin vəziyyətə düşdü.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın