Azərbaycan şahmatçısı, qrossmeyster, üç qat Azərbaycan Şahmat Çempionatının qalibi Rauf Məmmədov rusiyalı həmkarı Sergey Karyakini Ukraynaya mövqeyinə görə qınayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı ukraynalı şahmatçı Natalya Buksa ilə ailə həyatı quran Rauf Məmmədov öz Facebook hesabında yazıb:

“Səninlə 24 ildir tanışıq və həmişə yaxşı münasibətlərimiz olub. Ancaq indi çox təəssüf ki, təlxəklik edib öz slavyan qardaşlarınızın ölümünü dəstəkləyirsən. Neçə gündür həmkarlarımız bomba sığınacaqlarında olarkən sən təhqiredici yazılar yazırsan. Bir çox şahmatçılar, yoldaşlarım evsiz qalıb.

İndi sənə yazığım gəlir.

Eləcə də ruslara müraciət etmək istəyirəm. Bilirəm ki, aramızda adekvat olanlar çoxdur və bu soyqırımı və terrorizmi dayandıra bilərlər. Çölə çıxın, xəstə babanı sakitləşdirin.

Eşq olsun Ukraynaya!”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın