Azərbaycanda koronavirusa (COVID-19) yoluxma hallarının rayon və şəhərlər üzrə statistikası açıqlanıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, yoluxmanın 56,2 faizi Bakının payına düşür. 

Sonrakı yerlərdə 15,9 %-lə Abşeron, 6,6 %-lə Gəncə-Qazax, 10 %-lə Aran, 4,4 %-lə Lənkəran, 1,9 %-lə Quba-Xaçmaz, 1,7 %-lə Şəki-Zaqatala, 1,0 %-lə Yuxarı Qarabağ, 1,7 %-lə Dağlıq Şirvan, 0,05 %-lə isə Naxçıvan Muxtar Respublikası qərarlaşıb.

Ölkə xaricindən gələn şəxslərin isə 0,8 faizi virusa yoluxub. 

Bakının rayonlarına gəlincə, ən yüksək göstərici Binəqədidə (14,2 %) qeydə alınıb. Sonrakı yerdə 11,8 %-lə Yasamal, 12,2 %-lə Xətai, 11,9 %-lə Sabunçu, 9,2 %-lə Nəsimi, 8,1 %-lə Suraxanı, 8,4 %-lə Nərimanov, 7,2 %-lə Nizami, 7,3 %-lə Qaradağ, 4,5%-lə Səbail, 4,9 %-lə Xəzərdə, 0,3 %-lə Pirallahı gəlir.

Ölkə üzrə COVID-19-a yoluxanların 54 faizini qadınlar, 46 faizini isə kişilər təşkil edir.

Qeyd edək ki, bu günədək Azərbaycanda toplam 34 343 nəfər virusa yoluxub. Onlardan 32 042 nəfəri sağalıb, 508-i isə dünyasını dəyişib.

Öncəki xəbərŞimali Koreya lideri Kim Çen In ölkədə it saxlamağı qadağan etdi
Sonrakı xəbərŞahmat Millimizin Chess.com Onlayn Olimpiadadakı rəqibləri bilindi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın