“WhatsApp” sosial şəbəkə istifadəçisi olan bir qadın həmin şəbəkə vasitəsi ilə Koronavirus (COVID-19) pandemiyası ilə bağlı guya Şəmkir rayonu ərazisində durumun ağır olduğunu, Gürcüstan Respublikasının Marneuli rayonundan Azərbaycana gələn bir ailənin yeddi üzvünün virusa yoluxması və həmin şəxslərin başqa vətəndaşlara da virus yoluxdurmasıyla bağlı heç bir dövlət qurumlarının rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək uydurma məlumatlar yayıb.

DİN mətbuat xidmətinin Gəncə regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, sözü gedən səs yazısı ilə əlaqədar Şəmkir Rayon Polis Bölməsində araşdırmalara başlanılıb. Baş təhqiqatçı Musa Hüseynovun sözlərinə görə, həyata keçirilən uyğun tədbirlərlə həmin qadının Gəncə şəhər sakini, 41 yaşlı Elmira Məmmədova olduğu müəyyən edilib: “Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 23 yanvar 1979-cu il təvəllüdlü Məmmədova Elmira Məmməd qızı olduğu müəyyən edilib. Elmira Məmmədova rayon polis bölməsinə çağırılaraq onunla profilaktiki danışıqlar aparılıb”.

Saxlanılan Elmira Məmmədova qadın səs yazısının bu qədər ajiotaj yaradacağını düşünmədiyini bildirib: “Düzdür bilmədən etmişəm. Ancaq yenə də bu səhvdir. Rahatsız etdiyim insanlardan üzr istəyirəm. Həqiqətən də bu bilərəkdən olmayıb. Sadəcə atamı və ailəmi qorumaq üçün bu addımı atmışam. Tək bir insana, ailə üzvümüzə, qardaşımın yoldaşına göndərmişəm. Yaratdığım rahatsızlığa görə Azərbaycan xalqından üzr istəyirəm”.

Elmira Məmmədovanın barəsində yerli məhkəmə tərəfindən inzibati həbs qərarı verilib.

https://www.youtube.com/watch?v=Ppq0aRNzanA
Azərbaycanda koronavirusla bağlı yalan məlumat yayan qadın həbs olundu

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın