Azərbaycanda koronavirusa (COVID-19) 988 yeni yoluxma faktı qeydə alınıb, 340 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 11 nəfər COVID-19-dan vəfat edib. Aktiv xəstə sayı 9405 nəfərdir.

Ölkədə son sutka ərzində 11426, indiyədək isə 1319474 test aparılıb. Ümumi ölənlərin sayı 699 nəfərdir. Ümumi yoluxanların sayı 52137 nəfər, ümumi sağalanların sayı 42033 nəfərdir.

Azərbaycanda xüsusi karantin rejimi yenidən uzadıldı

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına uyğun olaraq ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 dekabr 2020-ci il saat 06:00-dək uzadılır.  

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın