Azərbaycanda 2022-2024-cü illərdə 34 milyon tondan çox neftin hasil olunacağı proqnozlaşdırılır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, qaz hasilatının artım dinamikası nəzərə alınarsa, 2024-cü ilədək bu göstəricinin 50 milyard kubmetrədək çatması gözlənilir.

Nazir bildirib ki, 2021-ci il noyabrın sonunadək uzunmüddətli müqavilələr və qısamüddətli spot əməliyyatları ilə Avropaya 7,3 milyard kubmetrə yaxın təbii qaz nəql olunub.

“Bu, avropalı istehlakçılara səmərəli şərtlərlə təbii qaz tədarükünə kömək edib, enerji və ekoloji təhlükəsizliyini təmin edib. Eyni zamanda, Azərbaycanın Avropaya qaz tədarükünü artırmaq potensialı var. Əgər avropalı istehlakçıların qaza əlavə tələbatı yaranarsa, bu istiqamətdə uyğun tədbirlər görülə və bizim tədarüklərimizin coğrafiyası genişləndirilə bilər. Qərbi Balkan regionuna, Şərqi Avropanın başqa ölkələrinə qaz tədarükü başlaya bilər”, – deyə nazir bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın