Avropa Komissiyasının Nəqliyyat və mobillik üzrə baş direktorluğunun (DG MOVE) başçısı Henrik Hololey 27-30 yanvar tarixlərində Azərbaycana gələcək.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Trend-ə Avropa Birliyinin (AB) Azərbaycandakı elçiliyinin Siyasi və sosial məsələlər, ictimaiyyətlə əlaqələr bölməsinin başçısı Denis Danilidis deyib.

Onun sözlərinə görə, səfər zamanı H.Hololey Azərbaycan və Avropa Birliyi arasında aviasiya anlaşması üzrə danışıqlar aparacaq.

Daha öncə AB-nin Azərbaycandakı elçiliyinin başçısı Kestutis Yankauskas vurğulamışdı ki, Avropa Birliyi Azərbaycanla aviasiya anlaşmasına 2018-ci il yanvar ayının ikinci yarısında qol çəkmək istəyir.

Öncəki xəbərQazaxıstan Prezidenti Nursultan Nazarbayev: SSRİ Yenidən Qurula Bilməz
Sonrakı xəbərDonald Tramp Kim Çen Inə: Mənim Nüvə Düyməm Səninkindən Böyükdür
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın