Azərbaycan Ordusu Quru Qoşunlarının döyüş hazırlığı planına uyğun olaraq Əməliyyat (Komando) hərbi bölməsində təlim məşqləri keçirilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Təlimin senarisinə uyğun olaraq taktiki yerdəyişmə fəaliyyətləri yerinə yetirən komandolar kəşfiyyat məlumatları əsasında şərti düşmənin kəşfiyyat-diversiya qrupunun təxribat törədəcəyi ehtimal edilən ərazi istiqamətində irəliləyiblər.

Komandolar maskalanma tələblərinə əməl etməklə sərt iqlim şəraitində, kəskin relyefli ərazilərdə kəşfiyyat aparma, şərti düşmən sığıcaqlarının aşkar edilməsi, eləcə də kəşfiyyat-diversiya qrupunun mühasirəyə alınaraq zərərsizləşdirilməsi üzrə tapşırıqları uğurla yerinə yetiriblər.

Komando hərbi hissəsində təlim məşqləri keçirilib
MƏNBƏAzərbaycan Respublikası Müdafiə Nazirliyi
Öncəki xəbərBrilliant Dadaşova Sezen Aksuya dəstək: Adəm və Həvvanın yaşadığı dövrdə din olmayıb
Sonrakı xəbərConni Depp qalmaqallardan sonra ilk dəfə çəkiləcəyi filmdə Fransanın kralı olacaq
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın