Azərbaycan Ordusu Quru Qoşunlarının döyüş hazırlığı planına uyğun olaraq Əməliyyat (Komando) hərbi bölməsində təlim məşqləri keçirilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Təlimin senarisinə uyğun olaraq taktiki yerdəyişmə fəaliyyətləri yerinə yetirən komandolar kəşfiyyat məlumatları əsasında şərti düşmənin kəşfiyyat-diversiya qrupunun təxribat törədəcəyi ehtimal edilən ərazi istiqamətində irəliləyiblər.

Komandolar maskalanma tələblərinə əməl etməklə sərt iqlim şəraitində, kəskin relyefli ərazilərdə kəşfiyyat aparma, şərti düşmən sığıcaqlarının aşkar edilməsi, eləcə də kəşfiyyat-diversiya qrupunun mühasirəyə alınaraq zərərsizləşdirilməsi üzrə tapşırıqları uğurla yerinə yetiriblər.

Komando hərbi hissəsində təlim məşqləri keçirilib

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın