Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Ordusu Quru Qoşunlarının hissə və bölmələrində döyüş atışlı taktiki təlim keçirilib.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Təlimə cəlb olunan motoatıcı, artilleriya və zirehli texnika bölmələri senariyə uyğun olaraq aşkar olunan şərti düşmən hədəflərini qarşılıqlı əlaqədə məhv ediblər.

Təlimin keçirilməsində əsas məqsəd komandirlərin idarəetmə bacarığını və şəxsi heyətin praktiki bacarıqlarını inkişaf etdirmək, eləcə də bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirməkdir.

Döyüş atışlı taktiki təlimlərdə qarşıya qoyulan tapşırıqlar bölmələr tərəfindən uğurla yerinə yetirilib.

Quru Qoşunlarında döyüş atışlı taktiki təlim keçirilib
MƏNBƏAzərbaycan Respublikası Müdafiə Nazirliyi
Öncəki xəbər62 yaşlı azərbaycanlı cüdoçu Fərhad Rəcəbli Avropa Çempionatında fantastik nəticə göstərdi
Sonrakı xəbərSivva kimi tanınmış Sevinc Ağasiyeva: Biri mənə desin, hardandır bu nifrət?
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın