Sivva səhnə adı ilə tanınmış bəstəkar və müğənni Sevinc Ağasiyeva özünün yeni “EGO” adlı klipini YouTube kanalından yayımlayıb.

YALAN.info bildirir ki, mahnının sözləri və musiqisi bəstəkarın özünə məxsusdur.

Gənc müğənni öz yeni mahnısı ilə sosial mesaj verib. Mahnının sözlərini təqdim edirik:

Sivva – EGO

Aqressiv insanlar, neqativ kommentlər yordu
Mənasız suallar, məntiqsiz cavablar boğdu
Biri mənə desin, hardandır bu nifrət?
Hamı bir-birinə göstərir şiddət

Cavabsız saxladım, bəzən heç baxmadım, sildim,
Getdi
Buna vaxt tapmadım deyə, çoxu ilə dostluq bitdi
Biri mənə desin, hardandır bu nifrət?
Hamı bir-birinə göstərir şiddət.

Ah eqo, bu eqo
Ah eqo, bu eqo
Ah eqo, bu eqo
Ah eqo
Hamı diqqət istəyir özünə.

Aqressiv insanlar, neqativ kommentlər – hardandır bu nifrət?

Mövzu ilə bağlı sosial media merketinq xidmətləri göstərən WEB Dizayn Studiyayla əlaqə saxladıq. Studiyadan bildirildi ki, bu təkcə Azərbaycanda deyil, bütün dünyada rast gəlinən haldır. Belə ki, sosial media insanda asılılıq yaradır: bir oyun oynayarkən, bir tapşırığı yerinə yetirərkən, bacardığınız qədər bunu daha çox və daha effektiv etməyə çalışırsınız. Beləliklə, sosial mediada çox vaxt sərf etmək sosial narahatlığa və depressiyaya səbəb ola bilər.

Bundan başqa, heç kim internetdə kiber zorakılıq və yaşa uyğun olmayan məzmunla qarşılaşmaqdan sığortalanmayıb. Sosial mediadan əvvəl zorakılıq yalnız üz-üzə edilə bilən bir şey idi. İndi isə insanlar başqalarını onlayn şəkildə anonim və ya açıq şəkildə təhqir edə bilərlər. Bu gün hər kəs kiber zorakılığın nə olduğunu bilir və çoxumuz onun insana nə edə biləcəyini görmüşük. Unutmaq olmaz ki, sosial mediada hər kəs asanlıqla saxta profil yarada bilər. Ekranlar üzümüzü gizlətdiyinə görə, siz fərqinə varmadan sosial mediada və başqa internet saytlarında axmaq duruma düşə bilərsiniz.

Mütəxəssislər ölkəmizdə neqativ və niftət dolu rəylər yazan insanların həddindən çox olmasını isə xarici dövlətlərin beşinci kolonu ilə də əlaqələndirdi. Aktiv sosial media istifadəçisisinizsə və sosial mesajlarınızla insanların diqqətini hansısa bir problemə çəkməyə çalışırsınızsa, bu zaman sizə qarşı çalışan spam ordusuna hazır olmalısınız. Örnək üçün deyək ki, Sevinc Ağasiyevanın “Pray for Ganja” və “Diriliş Marşı” kimi mahnıları var. Bu halda dilimizi bilən ermənilər, hətta dil bilmədən tərcümə proqramlarının köməyilə Azərbaycanlı kimi rəylər yaza bilərlər və yazırlar da.

Sivva — EGO (Rəsmi Musiqi Videosu)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın