Dünya bazarında “AzəriLayt” (Azeri Light) markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,9 ABŞ dolları, ya da 1,54 % artaraq 125,3 ABŞ dolları təşkil edib.

YALAN.info bildirir ki, bununla bağlı “Report” informasiya agentliyinə neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda “Brent” markalı neftin sentyabr fyuçersləri 111,48 ABŞ dollardan satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Yada salaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

KİMTural İbadlı
MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərDünyanın ən varlı 500 adamı bu il 1,4 trilyon dollar itirib
Sonrakı xəbərAndriy Yermak Rusiyaya qarşı sanksiyaların ləğvi üçün Ukraynanın şərtlərini açıqlayıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın