Avropa İttifaqı ölkələrini gəzmək və tanımaq üçün mayın 14-də Bakıda “Avropa Şəhərciyi” açılacaq.

YALAN.info bildirir ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin məlumatına görə, tədbir Dənizkanarı Milli Parkda keçiriləcək.

Məlumata görə, açılış mərasimində dövlət rəsmiləri, Avropa İttifaqı ölkələrinin Azərbaycandakı səfirləri iştirak edəcəklər. “Siz burada Avropa İttifaqına üzv ölkələri tanımaqla yanaşı, maraqlı oyunlara qoşulub əylənə biləcəksiniz”, – məlumatda deyilir.

Öncə əyləncəli sərgi keçiriləcək, daha sonra axşam konserti təşkil ediləcək. Konsert proqramında Dilarə Kazımova, Ülviyyə Rəhimova, Helena Naumova, DJ.Ruslan və DJ.Azad çıxış edəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın