“Mən bu qədər qırğından, insan ölümündən sonra daha ağlaya bilmirəm”.

YALAN.info bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın “Bild” nəşrinə müsahibəsində deyib.

“Bəli, mən Rusiyaya, rus əsgərlərinə nifrət edirəm. Yayılan kadrlar – ayaqsız, qolsuz uşaqların görüntüləri sadəcə dəhşətdir. Qurbanların taleyi bizə adi gələ bilməz”, – o bildirib.

Zelenski “CBS News”a müsahibəsində isə baş verənlərə görə Rusiya hakimiyyətinin məsuliyyət daşıdığını bildirib: “Rusiya Prezidenti Vladimir Putin hərbi cinayətlərə görə məsuliyyət daşıyır. Həmçinin onun əmrini yerinə yetirən, bu işdə əli olan hər kəs həmin siyahəya daxildir”.

Yada salaq ki, Volodimir Zelenski daha öncə Putinlə birbaşa danışıqların zəruri olduğunu söyləmişdi: “Putinlə birbaşa danışıqlar ideyası bu gün də, hətta Buça və Kramatorskda baş verən müharibə cinayətlərindən sonra da aktualdır. Savaşın nə vaxt bitəcəyinə yalnız Putin qərar verə bilər. Rusiyada müharibəni dayandıra biləcək başqa güc yoxdur”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın