Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Pedro Aqramunt Ermənistana Azərbaycan torpağından geri çəkilməsi ilə bağlı xəbərdarlıq edib.

YALAN.info informasiya saytı AŞPA-nın rəsmi internet səhifəsindəki xəbərə isitnadən bildirir ki, Pedro Aqramunt Dağlıq Qarabağdakı şiddətli hadisələrdən və insan itkilərindən narahat olduğunu ifadə edərək tərəfləri dərhal atəşkəsə əməl etməyə çağırıb.

Azərbaycan və Ermənistanın 2001-ci ildə Avropa Şurasına üzv olarkən Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsinə çalışacaqlarıyla bağlı öhdəlik götürdüklərini bildirən Aqramunt iki ölkəyə də savaşdan uzaq durmaları çağrışını etdi. Azərbaycanın birtərəfli şəkildə elan etdiyi atəşkəs xəbərini məmnunluqla qarşıladığını bildirən AŞPA prezidenti Ermənistandan işğala son qoymağı tələb etdi.

AŞPA prezidenti açıqlamasında Ermənistanı BMT-nin Təhlükəsizlik Şurasının qərarına uyğun olaraq işğal altında olan Azərbaycan torpaqlarından geri çəkilməyə çağırıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın