“Ağdamdakı evimizdə işğaldan 3-4 gün qabaq olmuşdum. Qardaşımın ailəsini çıxarmışdıq. Amma atam işində-gücündə idi. Şıxbabalıda sovxozda baş mühasib işləyirdi. İyulun 23-ü atam işdə olub. Fred Asifin əsgərləri həmin ərazidə döyüşürdülər. Ermənilər üç tərəfdən şəhərə daxil olmuşdular. Əsgərlər gəlib demişdi ki, “dayı, Ağdam yoxdu ey, götürülüb”, nə gəzirsən burada və sağ-salamat Qarqardan keçirmişdilər”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunları Milli Məclisin deputatı, yazıçı Aqil Abbas “Azərbaycan” qəzetinə müsahibəsi zamanı danışıb. 

Ağdam xatirələrini bölüşən A.Abbas atasına silah verdiyini də deyib:

“O vaxt atama bir tapança vermişdim. Demişdim, bu tapançanı ermənilərə atmaq üçün vermirəm ha. Qəfil şəhərə girərlər, əsir düşərsən, bilə-bilə sənə nə işgəncə verirlər hamımız diri ölərik. Səni and verirəm inandıqlarına, əsir düşsən, özünü vurarsan…

Əsir sahibi olmaq ağır şeydir. Mən görmüşəm o əzabı. Bacımın əri Ağdam polis şöbəsində işləyirdi, sahə müvəkkili, kapitan idi. Ermənilər yalandan demişdi sağdır, altı aydan sonra bildik şəhid olub. O 6 ayda bacımın, ailəmizin nələr çəkdiklərini görmüşəm. Sonra meyitini verdilər, Ağcabədinin Avşar kəndində dəfn etdik, “Azərbaycan bayrağı” ordeni ilə təltif edildi. Dəfn edəndən sonra hamı rahatlaşdı elə bil.

Mən çox əsirlər görmüşəm. Bizdə də erməni əsirləri vardı, amma gündə üç dəfə yemək, siqaret verirdik. Bizim əsirlərə isə ermənilər dəhşətli işgəncələr verirdilər, ac-susuz qoyurdular…”

Öncəki xəbərMoldovanın yeni seçilmiş prezidenti Maya Sandu hökuməti istefaya çağırdı
Sonrakı xəbərAzərbaycan Millisinin DÇ-2022 seçmə mərhələsindəki rəqibləri bilindi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın