“Yaman arıqlamısınız, Vüsalə xanım” deyə aparıcı Vüsalə Əlizadə ilə söhbətə başladıq.

BiG.Az-ın yayımladığı xəbərə görə, aparıcı etiraf edib ki, heç bir pəhriz saxlamır, hətta gecə 2-də belə canına nəcə lazımsa, eləcə də qulluq edir:

“Hə, bir az… Bu gün bu sözü mənə deyən ilk adam siz deyilsiniz. Amma arıqladığımı özüm hiss etmirəm. Əslində, etiraf edirəm ki, heç vaxt pəhriz saxlamıram. Sağlamlığıma önəm verirəm, bilirəm ki, gündəlik maye qəbul etməliyəm, yeməliyəm. Açıqsözlü adamam, əgər pəhriz saxlasaydım, bunu deyərdim. Hətta gecə 2-də belə yeməkdən çəkinmirəm. Deməli, dünən bərk acmışdım, amma həvəsim yox idi ki, yemək yeyim. Gördüm yata bilmirəm. Oyandım, gecə saat 2 idi, özümə qəşəng bir buterbrod düzəltdim. Fikirləşdim ki, bəlkə bunun şəklini çəkim Instaqram-da paylaşım, qızlar görsün ki, gecə də yeyirəm, gündüz də. Qarnım tox olandan sonra isə mışıl-mışıl yatdım. Rəfiqəm deyir ki, baxıram sən çörəyi məndən çox yeyirsən, amma sən formada qalırsan, mən kökəlirəm. Ona deyirəm ki, sən yeyirsən, bütün günü yatırsan, amma mən hərəkətdəyəm”.

“Bəs hər zaman gözəl və belə formada qalmaq çətin deyilmi” sualına V.Əlizadə belə cavab verib:

“İşim çox gərgindir, bütün günü qaçhaqaçdayam. Səhər tezdən veriliş olur, işdən sonra evə gedirəm. Diləklə məşğul oluram. Çox vaxt yemək də yemirəm, unuduram. Hələ üstəlik seriala da çəkilirəm. Həftədə 2 dəfə vaxt ayırıram ki, salona gedim. Göz önündə olan insan həmişə qaydada və formada olmalıdır. Mağazaya gedirəm, ev problemləri və s. Hər şeyə özüm qaçıram. Kim mənim qədər qaçsaydı, ümumiyyətlə, gözəgörünməz olardı.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın