Almaniyanın qərbində sel səbəbiylə hərbi fəlakət rejimi tətbiq edilib

Almaniyanın qərbindəki Arvayler rayonunda daşqından sonra təxminən 1 300 nəfər itkin düşüb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Deutsche Welle” bu barədə yerli hakimiyyət orqanlarına istinadən xəbər yayıb.

Bildirilir ki, 3,5 mindən çox insan müvəqqəti yaşayış yerlərinə köçürülüb. Ərazidə mobil rabitə işləmir, buna görə səlahiyyətlilər ümid edirlər ki, itin düşənlər harada olduqları ilə bağlı məlumat ötürə bilmirlər.

Son məlumatlara görə, Qərbi Almaniyada leysan yağışlar və daşqınlar nəticəsində azı 58 nəfər həlak olub.

Ayfel rayonunun səlahiyyətliləri Rur çayı üzərindəki su bəndinin aşmağa başladığı üçün yeni genişmiqyaslı daşqınların olacağından ehtiyat edirlər. Bənd ərazisindəki kəndlər artıq boşaldılıb. Enerji şirkəti ehtiyat olaraq elektrik enerjisini kəsə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

İndi Qərbi Almaniyada təxminən 165 min insan sel səbəbiylə elektrik enerjisiz qalır. Sinoptiklər yağışların yaxın günlərdə davam edəcəyini proqnozlaşdırır.

Almaniya Müdafiə Nazirliyi respublikanın qərbində hərbi fəlakət rejimi elan etdi.

“Müdafiə Nazirliyi çətin duruma görə hərbi fəlakət rejimi tətbiq edib. Bu qərarı nazir Annegret Kramp-Karrenbauer verib”, – məlumatda bildirilir.

Hesab olunur ki, yeni rejim baş verənlərə daha sürətli reaksiya göstərməyə imkan verəcək. Hərbi departament, Bundesverin 850 əsgərinin fəlakətlə mübarizə üçün göndərildiyini vurğulayıb.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir