Bir qrup alman tədqiqatçısı Sars-CoV-2-nin (ağır kəskin respirator sindrom koronavirusu 2) insan tərəfindən yaradıldığına dair sübutlar tapdıqlarını iddia edirlər.

YALAN.info bildirir ki, onlardan biri, doktor Valentin Bruttel Sars-CoV-2 genomunda ilk anomaliyaları 2021-ci ilin yayında aşkar etdiyini bildirib.

“Nəticələrimiz göstərir ki, bu virus 99,9 % təbii virusun süni surətidir”, – deyə alim bəyan edib.

V.Brüttel və onun həmkarları məlum süni yaradılmış virusların və onların təbii analoqlarının genomlarını müqayisə ediblər. Məhz bunun nəticəsində viruslardakı sünilik əlamətləri üzə çıxıb.

Yeni araşdırma genetik təcrübələr zamanı koronavirusun Vuhandakı bir laboratoriyadan təsadüfən buraxıldığı nəzəriyyəsini yenidən gündəmə gətirib.

Öncəki xəbərSarı dənizdə reaktiv mərmilər uçuşdu: Şimali və Cənubi Koreya arasında insident
Sonrakı xəbərAzərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər 
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın