Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyalı müxalif jurnalistlərə müsahibə verib.

YALAN.info bildirir ki, Rusiya Federasiyasında senzurasının əsas orqanı olan Roskomnadzor dərhal müsahibənin yayımını qadağan edib.

“Bir sıra Rusiya KİV-i, o cümlədən xarici agent funksiyalarını yerinə yetirən xarici media Ukrayna prezidenti V.Zelenskidən müsahibə alıb. Roskomnadzor Rusiya mediasına xəbərdarlıq edir ki, bu müsahibəni yayımlamaqdan imtina etsin. Məsuliyyət dərəcəsinin müəyyən edilməsi və tədbir görülməsi üçün müsahibə götürülmüş media orqanlarına qarşı yoxlamalara başlanıb”, – deyə qurumdan verilən açıqlamada bildirilib.

Rusiya KİV-ə müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı müharibə kontekstində ölkəsinin prioritet məqsədlərini izah edib.

“Qurbanların sayını minimuma endirmək, müharibənin müddətini qısaltmaq, əraziləri güzəştə getmək üçün Rusiya qoşunlarının çıxarılması – və bu, 24 fevraldan öncə, hücumdan öncə olan hər şeydir”, – Zelenski deyib.

“Mən başa düşürəm ki, Rusiyanı ərazini tam azad etməyə məcbur etmək mümkün deyil. Bu, Üçüncü Dünya Müharibəsinə gətirib çıxaracaq. Hər şeyi çox yaxşı başa düşürəm və bunun fərqindəyəm. Ona görə deyirəm: bu kompromisdir. Haradan başlamısınızsa, ora qayıdın və biz orada çətin Donbas məsələsini çözməyə çalışacağıq”, – o əlavə edib.

Володимир Зеленський відповів на запитання представників російських ЗМІ.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın