Bir qrup alman tədqiqatçısı Sars-CoV-2-nin (ağır kəskin respirator sindrom koronavirusu 2) insan tərəfindən yaradıldığına dair sübutlar tapdıqlarını iddia edirlər.

YALAN.info bildirir ki, onlardan biri, doktor Valentin Bruttel Sars-CoV-2 genomunda ilk anomaliyaları 2021-ci ilin yayında aşkar etdiyini bildirib.

“Nəticələrimiz göstərir ki, bu virus 99,9 % təbii virusun süni surətidir”, – deyə alim bəyan edib.

V.Brüttel və onun həmkarları məlum süni yaradılmış virusların və onların təbii analoqlarının genomlarını müqayisə ediblər. Məhz bunun nəticəsində viruslardakı sünilik əlamətləri üzə çıxıb.

Yeni araşdırma genetik təcrübələr zamanı koronavirusun Vuhandakı bir laboratoriyadan təsadüfən buraxıldığı nəzəriyyəsini yenidən gündəmə gətirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın