Futbol üzrə Azərbaycan Çempionatı Topaz Premyer Liqasında 2016/2017-ci illər mövsümünün çempionu “Qarabağ” FK-na qızıl medallar və çempionluq kuboku təqdim olunub. YALAN.info Online Xəbərlər və İnformasiya Saytının verdiyi məlumata görə, bu gün “Sumqayıt”a qarşı keçirilən oyundan sonra komanda mükafatlarına qovuşub.

Mükafatları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Elxan Məmmədov və klubumuzun prezidenti Abdulbari Gözəl təqdim ediblər.


TPL, 2016/2017 mövsümü, “Qarabağ”a çempionluq kuboku və medalların təqdim olunması

Onu da yada salaq ki, bu mövsüm “Qarabağ” Futbol Klubu ardıcıl 4-cü, ümumilikdə isə 5-ci dəfə Azərbaycan çempionu olub.

“Qarabağ” FK-nun prezidenti Abdulbari Gözəl bu gün mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb

– Bu gün azarkeşlər çempionluq kubokunun Ağdama aparılması ilə bağlı şüarlar səsləndirdilər….

– Mən bunu bir neçə dəfə müzakirə etmişəm. Biz “Qarabağ” üçün çalışırıq. “Qarabağ” elə Ağdamdır, bunun fərqi yoxdur. Klub bütün qarabağlılarındır. Bu klub bütün qarabağlıları təmsil edir. Bizə bu gün Qarabağın adını dünyada yaşatmaq lazımdır.

– Komanda ardıcıl 4 ildir ki, çempion olur, amma Çempionlar Liqasının qrup mərhələsinə düşə bilmir. Necə düşünürsünüz, bu il bu istək reallaşa bilərmi?

– Biz hər dəfə Çempionlar Liqasının qapısını döyürük. Məqsədimiz də budur, bunun üçün çalışırıq. İndi bizim əsas hədəfimiz Avropada naliyyətlər qazanmaqdır. Bu da bir anda olmur, zaman lazımdır. Bilirsiniz ki, əvvəl vəziyyətimiz necə idi və indi hardan-hara gəldik.

– “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə düşməsi üçün heyəti gücləndirməsi, transferlər etməsi lazımdır. Bu məsələdə komandaya dəstəyiniz tam olacaqmı?

– Bizdə Samuel Armenteros oynayırdı. İndi o, Hollandiya liqasında bombardirlər siyahısındadır. Yəni, hər transfer olunan futbolçu da komandaya uyğunlaşa bilmir. Bu, asan məsələ deyil. Transfer məsələlərinə Qurban müəllim baxır.

– Bəzi futbolçularınız etiraf edir ki, bu çempionluq ötən ilki çempionluqlardan daha çətin qazanıldı. Siz də bu fikirlə razısınızmı?

– Əlbəttə. Azərbaycan klubları inkişaf edir. “Qəbələ” ən böyük rəqibimiz idi. Belə rəqabət olması da bizə faydalıdır. Yoxsa, komanda da tənbəlləşər, bir şey edə bilməz.

– Mayın 5-də Naxçıvanda keçiriləcək Azərbaycan kubokunun finalından hansı nəticəni gözləyirsiniz?

– Gedəcəyik, oynayacağıq. Amma top yumurudu, indidən nədə demək olmaz indidən.


“Qarabağ”ımızın prezidenti Abdulbari Gözəl: “Əsl hədəfimiz özümüzü Avropada isbat etməkdir”

1 AÇIQLAMA

  1. sağ ol e, Qarabağ! Bu komandaya çempionluq yaraşır. Qurban Qurbanov oyunçu kimi də oynayırdı, məşqçi kimi də bizimkilərin dilini tutub, gətirdiyi legionerlər də pis çıxmır

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın