“Ukraynada müharibə başlayandan orada yaşayan azərbaycanlıların Moldovaya, Polşaya, Slovakiyaya, Rumıniyaya, Macarıstana keçidi üçün şərait yaradılıb”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, 4 minə yaxın azərbaycanlı sərhədi keçib:

“İndi hərbi əməliyyatların davam etdiyi ərazilərdən azərbaycanlıların təxliyəsi əsas məsələdir. Bununla bağlı diplomatik nümayəndəlik, fəxri konsullarımız Ukrayna hökuməti ilə əlaqə saxlayıb. Ən təhlükəsiz nəqliyyat növündən istifadə edərək soydaşlarımızın təxliyəsi həyata keçirilir”.

4000-ə yaxın azərbaycanlı Ukraynadan çıxarılıb – BAKU TV

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın