Britaniyalı həkimlər yeni növ koronavirus (COVID-19) öskürəyini fərqləndirməyin daha bir yolunu açıqlayıblar.

YALAN.info Onalyn Xəbərlər və İnformasiya Saytı bildirir ki, onların sözlərinə görə, koronavirus xəstələrinin təxminən 68 faizi quru öskürəkdən şikayətlənib. Bunun COVID-19-un ikinci ən çox görülən simptomudur.

Həkimlər koronavirusda adətən bəlğəmsiz, ağciyərlərdən gələn dərin öskürək izləndiyini vurğulayıblar.

Eyni zamanda həkimlər quru öskürəyin heç də həmişə koronavirus əlaməti olmadığını əlavə ediblər. “Buna allergiya, astma və başqa tibbi xəstəliklər, həmçinin havanın quruluğu, ya da siqaret çəkmək səbəb ola bilər”, – deyə elm adamları bildiriblər.

Onların sözlərinə görə, yalnız simptomlara əsaslanaraq soyuqdəyməni koronavirusdan müstəqil olaraq ayırd etmək çox çətindir. Bununla bağlı olaraq, onlar insanlara özünü diaqnostika ilə məşğul olmamağı və testdən keçməyi məsləhət görüblər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın