Hollivud (Holliwood) ulduzu Alek Boldvin yeni filmin çəkilişlərində açdığı atəşlə qadın operatoru öldürüb, rejissor yaraladı. Hadisə ABŞ-ın Nyu-Meksiko ştatında “Rust” (“Pas”) filminin çəkiliş meydançasında baş verib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Santa-Fe bölgəsinin polisi məlumat yayıb.

Bildirilir ki, körpücük sümüyündən yaralanan rejissorun durumu ağırdır. Ağır yaralanan 42 yaşlı qadın operator Qalina Hatçins isə helikopterlə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Şerifin ofisi təsdiqləyir ki, rekvizit üçün silahdan açılan atəş Alek Boldvin tərəfindən həyata keçirilib. Hələ ki, aktyora qarşı heç bir iddia qaldırılmayıb.

Tapançanın həqiqi güllələrlə doldurulmasının, həmçinin Boldvinin rejissora və operatora atəş açmasının səbəbi açıqlanmır.

Qeyd edək ki, vestern filmi olan “Rust”da Alek Boldvin həm filmin prodüseri, həm də baş rol ifaçısı olub.

Kinooperator Qalina Hatçins əslən ukraynalıdır. O, Kiyev Universitetinin beynəlxalq jurnalistikasını bitirib, sonra isə istintaqçı jurnalist kimi britaniyalı sənədli film çəkənlərlə işləyib.

Hatçins son illərini Los-Ancelesdə keçirib. Kinematoqrafçı kimi onun işlərinə “Darlin” (2019), “Archenemy” (2020) və “Blindfire” (2020) kimi filmlər daxildir.

Raw video from scene of deadly shooting on set of Alec Baldwin movie

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın