ABŞ Prezidenti Cozef Bayden dekabrın 27-də 2022-ci il üçün müdafiə büdcəsini imzalayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, sənədə görə, Ukrayna Silahlı Qüvvələrinə dəstək məqsədilə 300 milyon ABŞ dollarının ayrılması nəzərdə tutulur.

Bundan əvvəl verdiyimiz xəbərə görə, ABŞ Ukraynanın Rusiya və Belarus ilə sərhədlərinin gücləndirilməsinə 20 milyon dollar ayırıb. Belə ki, Ukrayna Dövlət Sərhəd Xidməti və ABŞ-ın Kiyevdəki səfirliyi ölkə sərhədinin şimal və şərq hissələrinin təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı birgə plan imzalayıb.

Layihə Ukraynanın milli təhlükəsizliyinə yaranan təhdidlərə qarşı çıxmaq üçün sərhədçilərə texniki yardım, o cümlədən Dövlət Sərhəd Xidmətini pilotsuz uçuş sistemləri, özəl texnika, videomonitorinq avadanlıqları, rabitə vasitələri, avadanlıqlarla təmin etməyi nəzərdə tutur. Ukraynanın Dövlət Sərhəd Xidməti layihənin il ərzində həyata keçiriləcəyini açıqlayıb.

Öncəki xəbərAzərbaycan Türkiyəyə ən çox qaz tədarük edən üç ölkədən biridir
Sonrakı xəbərAvropa ölkələrində koronavirusa (COVID-19) rekord yoluxma yaşanır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın