Amerika Birləşmiş Ştatları Rusiya Federasiyasına qarşı yeni sanksiyalar tətbiq edib.

YALAN.info bildirir ki, bununla bağlı ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Rusiyanın Ukraynaya qarşı müharibə aparmaq qabiliyyəti üçün mühüm əhəmiyyət daşıyan şəxsləri və qurumları təyin edib. Bunlara Rusiyanın iki ən önəmli bankının, Rusiya dövlət bankının və onun 10 törəmə şirkətinin idarə heyətinin üzvləri, dövlət tərəfindən dəstəklənən, dövlətə gəlir gətirən silah istehsalçıları və Rusiyanın dövlət nəzarətində olan üç televiziya stansiyası daxildir.

“Bu gün biz Rusiyanın iqtisadiyyatını və onun bu səbəbsiz işğalı həyata keçirmək üçün ehtiyac duyduğu xidmət və texnologiyaya çıxışını daha da sıxışdırırıq”, – deyə Maliyyə Naziri Janet L.Yellen bildirib. Nazirin sözlərinə görə, ABŞ Rusiyanın ölkənin dəyərli peşəkar xidmətlərinə çıxışının qarşısını almaqla Kremlə təzyiqi artırır: “Onun ABŞ və tərəfdaşlarımız tərəfindən tətbiq edilən sanksiyalardan yayınma qabiliyyətinin qarşısını kəsirik. Biz həmçinin Putinin aqressiyasını təmin etmək üçün gəlir əldə etməsini, eləcə də onun dağıdıcı hərəkətlərini dəstəkləyən qurumları və onların liderlərini hədəfləyirik”.

Birləşmiş Ştatlar Rusiyanın 33 vətəndaşına qarşı sanksiya tətbiq edib. Sanksiyalar siyahısına həmçinin Rusiyanın 22 şirkəti, habelə bu ölkənin bayrağı altında üzən bir sıra gəmiləri salınıb.

Maliyyə Nazirliyinin açıqladığı sənədə uyğun olaraq sanskiyalar siyahısına Rusiyanın dövlət nəzarətində olan bir sıra mətbu oprqanları, o cümlədən “Pervıy kanal”, “Rossiya 1”, NTV telekanalları və bankları da salınıb. ABŞ eləcə də Rusiyaya qarşı ixrac nəzarəti tətbiq edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın