Ukraynanın Mariupol şəhərində çoxu mülki şəxslər olmaqla, 25 min insan həlak olub.

YALAN.info bildirir ki, bununla bağlı “Azov” alayının kəşfiyyatçısı İlya Samoylenko mətbuata açıqlamasında deyib.

Samoylenko, həmçinin Mariupolda Rusiya tərəfinin itkiləri ilə bağlı məlumat verib. Belə ki, 2 500-dən çox Rusiya hərbçisi ölüb, daha 5 min nəfər yaralanıb.

“Biz 60-dan çox tankı məhv etdik. Bu, onların ölkə üzrə itkilərinin 10 %-dən çoxdur. Zirehli transportyorlar, artilleriya sistemləri ilə bağlı durum eynidir. Rusiyadan gələn bütün bombardmanların təxminən 50 %-i Mariupolun payına düşür”, – kəşfiyyatçı bildirib.

O, qeyd edib ki, Azov alayı ən yaxşı və effektiv taktikaları araşdırmaq üçün 2014-cü ildən hərbi əməliyyatları araşdırır. “Buna görə də biz Mariupolu uzun müddətdir qoruya bilirik”, – Samoylenko vurğulayıb.

“Azov” alayının komandiri Denis Prokopenko deyib ki, Mariupoldakı döyüşçülər qəsdən qazan vəziyyətinə düşdülər. Onun sözlərinə görə, onlar Rusiya qoşunlarının üstün qüvvələrini öz üzərlərinə çəkmək üçün mümkün olan və olmayan hər şeyi etdilər: “Biz tamamilə şüurlu şəkildə bu qazana girdik. Anlayaraq ki, müdafiə planına əsasən şəhərdə hərtərəfli müdafiə aparmaq lazım gələcək və bu, əslində belə də oldu”.

O deyib ki, “Azov” döyüşçüləri ümumilikdə Ukraynada durumun dəyişməsinə mühüm töhfə verib və digər istiqamətlərdə təzyiqi azaltmaq üçün düşmən qüvvələrinin böyük bir qrupunu geri çəkiblər. “Bu, Ukraynaya Qərb tərəfdaşlarından silah almağa, yenidən qruplaşmaq və daha effektiv hərəkət etməyə imkan verdi”, – Prokopenko əlavə edib.

Bundan öncə, Baş nazirin müavini – Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk bildirib ki, mayın 5-dən 7-nə kimi “Azovstal”dan bütün qadın, uşaq və qocalar təxliyə edilib.

Yada salaq ki, Mariupol şəhəri martın 1-dən indiyədək mühasirədədir. Rusiya qüvvələri Mariupolun böyük hissəsini nəzarətə ala bilsə də, hələ də şəhərdəki “Azovstal” zavodunu ələ keçirə bilməyib. Zavod şəhərin dörddəbir hissəsini təşkil edir. İndi zavodun müdafiəsində Ukraynanın “Azov” alayı durur.

https://www.youtube.com/watch?v=GmRWPOoESGQ

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın