ABŞ prezidenti Co Bayden (Joe Biden) Suriyadakı ABŞ ordusunun İŞİD-in başçısı Əbu Bəkr əl-Bağdadinin ölümündən sonra ekstremist qruplaşmaya rəhbərlik edən Əbu İbrahim əl-Haşimi əl-Qureyşini məhv etdiyini bildirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, xarici mətbuatın yazdığına görə, əl-Qureyşi reyd zamanı öldürülüb.

Bayden isə öz növbəsində qeyd edib ki, əməliyyatda iştirak edən bütün ABŞ hərbçiləri artıq geri qayıdıb.

Həmçinin, Ağ Evin “Twitter” səhifəsində prezident, vitse-prezident Kamala Harris və Milli Təhlükəsizlik Qrupu üzvlərinin əl-Qureyşinin öldürülməsi əməliyyatını izləyən fotosu paylaşılıb.

Bildirək ki, Əbu İbrahim əl-Haşimi əl-Qureyşi 2019-cu ilin oktyabrında, ekstremist qrup əvvəlki lider Əbu Bəkr əl-Bağdadinin ölümünü təsdiqlədikdən sonra İŞİD-in rəhbəri seçilib. Pentaqon xüsusi əməliyyatın əl-Bağdadinin gizləndiyi yer olan İdlib əyalətində həyata keçirildiyini bildirib. Hücum xüsusi təyinatlılar tərəfindən həyata keçirilib. Əməliyyata helikopterlər də cəlb edilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın