“Türkiyə Rusiya-Ukrayna arasındakı gərginliyinə son qoymaq üçün əlindən gələni edəcək”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Mən 2 ildən sonra strateji tərəfdaşımız Ukraynaya yenidən səfər etməkdən qürur duyuram. Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyimizi bir daha bəyan etmək istəyirəm. İnanıram ki, biz hər sahədə ikitərəfli əməkdaşlığımızı gücləndirəcəyik”, – R.T.Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti bu gün imzalanan azad ticarət sazişindən də danışıb: “10 milyard dollarlıq ticarət həcmi hədəfini qiymətləndirdik. İnanıram ki, razılaşma bizi tez bir zamanda bu məqsədə aparacaq”.

Volodimir Zelenski: “Türkiyə və Ukrayna birgə PUA istehsal edəcək”

“Bu gün imzaladığımız müqavilə Bayraktar PUA-larının istehsalını təkmilləşdirəcək”. Bu sözləri isə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Eyni zamanda, biz enerji sektorunda qarşılıqlı əlaqələrimizə yeni təkan vermək istəyirik. Koronavirusla əlaqədar görülən tədbirlərə baxmayaraq, 1 ildə Ukraynaya 2 milyon türk turist gəlib”, – Zelenski əlavə edib.

“Düz 30 il öncə Türkiyə ilə Ukrayna arasında diplomatik əməkdaşlıq qurulub. Bu, tarixi hadisədir. İki ölkə arasında azad ticarət sazişi imzalanıb. İş dünyası üçün yeni qazanc və gəlirlər ölkələrimizin rifah səviyyəsinin yüksəlməsi deməkdir”, – Ukrayna lideri vurğulayıb.

Zelenski Ərdoğana Ukrayna ilə Rusiya arasında vasitəçi olduğu üçün təşəkkür edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın