ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə prezidenti Donald Trampın impiçmentinə səs verib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, ABŞ prezidentinin impiçmenti qiyama təhriketmə maddəsi üzrə elan olunub.

Qeyd edək ki, Nümayəndələr Palatasında Demokratlar üstünlük təşkil edir. Bir saat boyunca konqresmenlər Prezidentin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı debatların ardıcıllıq qaydasını müəyyən edərək, impiçmentlə bağlı iki saat müzakirələr aparıblar.

Sənəddə yalnız bir ittiham var – üsyan qaldırmaq. Onu Trump partiyasının 10 üzvü daxil olmaqla 232 millət vəkili dəstəklədi. 197 nəfər əleyhinə səs verdi və beləliklə Tramp ABŞ tarixində iki dəfə impiçment elan edilən ilk prezident oldu. Respublikaçının vəzifəsindən uzaqlaşdırılmasına ilk cəhd Demokratlar tərəfindən 2019-cu ildə edilmişdi. Nümayəndələr Palatası impiçmentə səs verdi, ancaq Respublikaçıların idarə etdiyi Senat 2020-ci ilin əvvəlində dövlət başçısına konqresmenlərin təsdiqlədiyi hər iki ittiham üzrə bəraət verdi.

Bu dəfə çıxarılan qətnamədə Trampın hərəkətlərinin Konstitusiyanın prezidentin impiçmentinə gətirib çıxara bilən “ağır cinayətlər və səhv hərəkətlər” ifadəsinə uyğun olması bildirilir. Sənəddə həmçinin Trampın gələcəkdə dövlət vəzifələrində çalışmasını qadağan edən çağırış da yer alıb.

Xatırladaq ki, yanvarın 6-da ABŞ prezidenti Donald Tramp Ağ Evin yaxınlığında mitinqdə tərəfdarlarını seçkilərin nəticələrinə etiraz edərək Kapitoliyə getməyə çağırmışdı. Trampın tərəfdarlarının Kapitolini mühasirəyə alıb, zorla binaya girməsi nəticəsində baş verən qarışıqlıqlar zamanı bir neçə nəfər həyatını itirmişdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın