Rusiya və Türkiyə “S-400” zenit-raket komplekslərinin komponentlərinin birgə istehsalı ilə bağlı heç bir açıqlama verməməklə bağlı razılığa gəliblər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada İspaniyanın Baş naziri Pedro Sançeslə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

R.T.Ərdoğan “S-400″lərin birgə istehsalının Rusiya və Türkiyə üçün həssas məsələ olduğunu da vurğulayıb.

Qeyd edək ki, Rusiya və Türkiyə 2017-ci ildə “S-400” zenit-raket komplekslərinin tədarükü üçün ilk müqavilə imzalayıb, Türkiyə tərəfi kompleksləri 2019-cu ilin yayı və payızında alıb. “S-400” zenit-raket komplekslərinin yeni partiyasının tədarükü ilə bağlı müqavilənin isə bu ilin sonuna qədər imzalanacağı bildirilir.

Öncəki xəbərAmerikalı konqresmenlər Adam Şiff və Frenk Palon Azərbaycana görə rahatsız oldular
Sonrakı xəbərAFFA Premyer Liqada 10 komandanın olmasını planlaşdırır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın