Türkiyə prezideni Rəcəb Təyyub Ərdoğan Prezident Administrasiyasının kitabxanasında keçirilən “Kitabxana söhbətləri” layihəsinin ikinci görüşündə ölkənin başqa-başqa bölgələrindən olan gənclərlə bir araya gəlib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, görüş zamanı dövlət başçısı maraqlı açıqlamar verib.

İstanbulda keçirilməli olan Çempionlar Liqası finalının və “Formula 1” üzrə Qran-pri yarışının ləğvi məsələsinə toxunan prezident hər iki halda siyasi xarakterli qərarların verildiyini bəyan edib.  

“Həm UEFA, həm də “Formula 1” məsələsində, məncə siyasi qərar aldılar. Özəlliklə də, Çempionlar Liqasında iki İngilis komandası finala çıxdıqdan sonra durum dəyişdi. İngiltərə Baş nazirilə heç cür bağlantı qura bilmədik, bu məsələdə UEFA-ya çox basqı etdi. Biz də dostlarımız və İngiltərədəki nazirlər vasitəsilə gərəkli addımları atdıq və sonda 2023-cü il Çempionlar Liqası finalını bizə, builkini isə Portuqaliyaya verdilər.

“Formula 1”də də ötən il uğurlu bir yarış gerçəkləşdirdik. İştirakçıların hamısı istər təşkilatçılığın, istərsə də yarış trasının onlar üçün əlverişli və çox gözəl olduğunu dedilər. Bu il də öncə yarışın bizə verildiyini söylədilər. Ancaq bir anda təkrar buradan çıxardılar”, – deyə Ərdoğan bildirib.

Öncəki xəbərPrezident İlham Əliyev Rusiya Prezidenti Putinlə Qarabağı müzakirə etdi
Sonrakı xəbərİranda ata-anası rejissor Babək Hürrəmdini öldürülüb parçalara böldü
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın