Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası çərşənbə axşamı günü üsyançı “Ənsar Allah” (Husi) Yəmən hərəkatının nəzarətində olan ölkə ərazisinin bir hissəsini azad etmək məqsədilə bütün cəbhələrdə genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Yəmənin Şəbva əyalətində mətbuat konfransında çıxış edən alyansın rəsmi nümayəndəsi polkovnik Turki əl-Maliki bildirib.

O qeyd edib ki, hərbi əməliyyat koalisiya tərəfindən “Yəməndə təhlükəsizliyin bərpası məqsədi ilə” həyata keçirilir.

Ərəb koalisiyası nümayəndəsinin sözlərinə görə, “Ənsar Allah” tərəfdarları “ölkədə münaqişənin siyasi həlli prosesinə xələl gətirir və dialoqdan imtina edirlər”. Əl-Maliki qeyd edib ki, koalisiyanın “İranın husilərə hərbi dəstəyinə dair təkzibedilməz sübutları var”.

Yəməndə 2014-cü ilin avqustundan bəri hökumət qüvvələri ilə husilərin silahlı birləşmələri arasında qarşıdurma davam edir. 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın ölkəyə hücumu ilə münaqişə ən aktiv fazasına daxil olub.

Qarşıdurma dünyanın ən böyük humanitar böhranına səbəb olub. BMT-nin məlumatına görə, indi 24 milyondan çox yəmənli – ölkə əhalisinin təxminən 80 %-i humanitar yardıma ehtiyac duyur. Məcburi köçkünlərin sayı isə 3 milyonu ötüb.

MƏNBƏTASS
Öncəki xəbərErmənistan Ordusu Kəlbəcər və Tovuzda yenidən mövqelərimizi atəşə tutdu
Sonrakı xəbərVəkil: Mahir Emreli hələ “Legiya”nın futbolçusudur, heç bir klubla danışıq aparmır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın