Amerikan şirkəti “Frontera Resources” Gürcüstanda 5 trilyon kubmetr həcmində qaz ehtiyatları tapıb.

Avropa.info xəbər verir ki, şirkətin prezidenti Stiv Nikandros deyib ki, Gürcüstanın qaz ixracatçısına çevrilməsi üçün 5 il lazımdır. Çıxarılacaq qaz Türkiyə və Şərqi Avropaya gedəcək. Keçən il Ukraynanın “Naftoqaz” şirkəti ilə müqaviləyə bağlayan “Frontera Resources” Gürcüstandan qaz ixracatını öz üzərinə götürüb.

Şirkət keçən ilki proqnozunda Gürcüstanda 3,8 trilyon kubmetr qaz olduğunu bildirmişdi. İndi isə proqnozu yüksəldib.
Gürcü mətbuatı bildirir ki, ölkənin enerji asılılığından azad olması üçün tarixi məqam yetişib.

Stiv Nikandros bildirib ki, 42 milyard kubmetr ehtiyatı olan qaz yatağının yeri tapılıb. Layihəyə 400 milyon dollar sərmayə qoyulub.

“Frontera Eastern Georgia” şirkətinin direktoru Georgi Zambaxidzenin deyib ki, “Mtsare Xevi” yatağının hasilatından sonra sutkada 75 min kubmetr qaz ötürüləcək.

Hal-hazırda Gürcüstan istifadə etdiyin qazın əsas hissəsini Azərbaycandan alır. Bununla paralel olaraq, “Qazprom”la danışıqlar aparır. “Qazprom” Ermənistana ötürdüyü qazın 10%-ni tranzit haqqı kimi Gürcüstana verir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın